Rusiya: Ukrayna neft emalı zavodunu vurdu

Ukrayna ordusuna məxsus helikopterlərin Rusiyanın Belqorod şəhərində yerləşən neft emalı zavoduna hücum etdiyi bildirilib. (YENİLƏNİB)

1805475
Rusiya: Ukrayna neft emalı zavodunu vurdu

Ukrayna ordusuna məxsus helikopterlərin Rusiyanın Belqorod şəhərində yerləşən neft emalı zavoduna hücum etdiyi bildirilib.

Belqorod qubernatoru Vyaçeslav Qladkov verdiyi yazılı açıqlamada şəhərdəki neft emalı zavodunda baş verən partlayış nəticəsində yanğının baş verdiyini bildirib.

Yanğının alçaq hündürlükdə uçaraq Rusiyaya uçan Ukrayna ordusuna məxsus helikopterlərin hücumu nəticəsində başladığını bildirən Qladkov neft emalı zavodunda baş verən partlayış nəticəsində ölən və yaralananın olmadığını qeyd edib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada Ukrayna sərhədinin 40 kilometrliyində yerləşən neft emalı zavodunun yaxınlığındakı mülki şəxslərin təxliyyə edildiyi və yanğınsöndürmə işlərinin davam etdiyi bildirilib.

Bu arada, Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Rusiyanın Belqorod şəhərindəki neft emalı zavoduna helikopterlərin hücumunun Ukrayna ilə əlaqəsi ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edib.

Motuzyanık keçirdiyi mətbuat konfransında "Ukrayna Rusiyanın hücumunu dəf etmək üçün müdafiə əməliyyatı aparır. Amma bu o demək deyil ki, Rusiya Federasiyası ərazisində baş verən bütün fəlakət və insidentlərə görə məsuliyyət Ukraynanın üzərinə düşür. Biz bu cür ittihamları ilk dəfə görmürük. Ona görə də bu məlumatı nə təsdiq, nə də təkzib edirəm” deyib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi ötən gün Ukraynada 28 hərbi infrastruktur obyektinin məhv edildiyini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov da bildirib ki, Rusiya qoşunları Donbasda separatçı qüvvələrlə birlikdə irəliləməkdə davam etdiyini bildirərək “Yüksək dəqiqlikli hava-desant silahları ilə Ukrayna ordusunun 5 raketi, artilleriya və sursatları və 6 hərbi obyekti məhv edilib. Onlar Boquslavsk, Krestişe, Reznikov, Velikaya Novoselka qəsəbələrində yerləşirdilər” deyib.

Rusiya Hərbi Hava Qüvvələrinin Lubimkovka yaşayış məntəqəsi ətrafında havada Ukraynaya məxsus Mi-8 helikopterini və Lisiçansk, Donetsk, Çerniqiv, Korosun, Novomihailovskoe, Vahovka qəsəbələrində 8 pilotsuz uçuş aparatını məhv etdiyini qeyd edən Konaşenkov hava-taktiki bölmələrinin isə Ukraynanın 52 hərbi obyektini məhv etdiyini söyləyib.

Konaşenkov bildirib ki, indiyədək Ukrayna ordusuna məxsus 124 təyyarə, 81 helikopter, 353 pilotsuz uçuş aparatı, 1839 tank və zirehli texnika, 202 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 773 haubitsa və minaatan, 1711 xüsusi təyinatlı hərbi maşın məhv edilib.



Әlaqәli Xәbәrlәr