Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlama verilib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Rusiya hərbi birləşmələri planlı şəkildə Ukraynada, Kiyev və Çerniqov istiqamətində yenidən qruplaşdırılıb. (YENİLƏNİB)

1804715
Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlama verilib

Rusiya Müdafiə Nazirliyi Ukraynada yanacaq çənlərinin yüksək dəqiqlikli qanadlı raketlərlə vurulduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov paytaxt Moskvada verdiyi açıqlamada Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri barədə məlumat verib.

Rusiya ordusunun Ukraynada irəliləyişini və yaşayış məntəqələrini ələ keçirməyə davam etdiyini bildirən Konaşenkov deyib:

"Dnepr, Lisiçansk, Çuhuiv və Novomoskovsk vilayətlərindəki yaşayış məntəqələrindəki yanacaq anbarları martın 30-da yüksək dəqiqlikli qanadlı raketlərlə məhv edilib. Yanacaq Donbasdakı Ukrayna hərbi birləşmələrinə çatdırılırdı". 
Bu gecə Ukraynada 52 hərbi infrastruktur obyektinin məhv edildiyini qeyd edən Konaşenkov bildirib ki, indiyədək ümumilikdə 124 təyyarə və 77 helikopter, 216 zenit-raket kompleksi, 341 pilotsuz uçuş aparatı (PUA), 1815 tank və müxtəlif zirehli texnika, 195 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 762 haubitsa və minaatan, 1689 özəl hərbi maşınlar məhv edilib.

Digər tərəfdən,Konaşenkov qeyd edib ki, Rusiya hərbi birləşmələri Kiyev və Çerniqov istiqamətində planlı şəkildə yenidən qruplaşdırılıb.

Məqsəd prioritet ərazilərdə hərəkətləri gücləndirmək və hər şeydən əvvəl Donbasın tamamilə azad edilməsi əməliyyatını başa çatdırmaqdır.

Konaşenkov bəyan edib ki, Rusiya ordusu Kiyev və Çerniqov istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirərək, Ukrayna qüvvələrinin qərb və mərkəzi bölgələrdən Donbasa keçməsinin qarşısını alıb. 

Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın Ukraynadakı gizli hərbi bioloji fəaliyyəti ilə bağlı Ukraynadakı bioloji laboratoriyaların əməkdaşlarından alınan sənədlərin tədqiqini davam etdirdiyini qeyd edən Konaşenkov bildirib ki, guya Kiyevin öldürücü maddələr daşıya və püskürtə bilən pilotsuz uçuş aparatlarından istifadə planlarını göstərən sənədlər də maraqlıdır.

Konaşenkov “Bu ortaya çıxan faktlar sübut edir ki, Kiyev rejimi Donbas və Rusiya əhalisinə qarşı bioloji silahdan istifadə imkanlarını ciddi şəkildə nəzərdən keçirir” deyib.



Әlaqәli Xәbәrlәr