Rusiya-Ukrayna danışıqlarının İstanbul raundu

İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.

1803319
Rusiya-Ukrayna danışıqlarının İstanbul raundu
Erdoğan Putin Zelenskiy.jpg

İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.

Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.

Bu arada, Ukraynanın xarici işlər naziri Kuleba Rusiya-Ukrayna danışıqlar nümayəndə heyətlərinin İstanbulda keçiriləcək görüşündə onların minimum tələblərinin humanitar problemlərin həlli, maksimum tələblərinin isə atəşkəs və davamlı razılaşma olacağını bildirib.
Kuleba "Prezidentimiz nümayəndə heyətimizə çox aydın göstərişlər verib. İnsanlar, torpaq və suverenlik mövzusunda danışıqlar aparmayacağıq. Mövqeyimiz konkret olaraq möhkəmdir və beynəlxalq hüquq, Ukrayna ordusu, Rusiyaya qarşı beynəlxalq sanksiyalar və müdafiəmiz üçün Ukraynaya göndərilən silahlardan güc götürür."

Ukrayna tərəfinin əsas tələblərindən danışan Kuleba "Türkiyədəki danışıqlarda minimum tələbimiz humanitar problemlərin həlli, maksimum tələbimiz isə atəşkəs və bunun üçün davamlı razılaşma olacaq" deyib.

Kuleba Türkiyədəki danışıqlarda referendum məsələsinin müzakirə olunmayacağını və bunun Ukraynanın daxili məsələsi olduğunu qeyd edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müzakirə heyətlərinin görüşü İstanbulda Cümhurbaşqanlığı Dolmabahçe İş Ofisində keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığında Rusiya və Ukrayna müzakirə heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr