Ukrayna ilə danışıqlar aparacaq Rusiya heyəti Türkiyəyə gəlib

Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyəti Türkiyəyə çatıb.

1803231
Ukrayna ilə danışıqlar aparacaq Rusiya heyəti Türkiyəyə gəlib

Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyəti Türkiyəyə çatıb.

Türkiyə Rusiya-Ukrayna arasındakı böhrana son qoymaq üçün diplomatik səylərini davam etdirir.

Martın 27-də prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının İstanbulda aparılmasına qərar verilib.

Rusiya nümayəndə heyəti də həmin məqsədlə martın 29-da Ukrayna ilə üzbəüz danışıqlar aparmaq üçün İstanbula gəlib.



Әlaqәli Xәbәrlәr