Rusiya və BƏƏ XİN rəhbərləri Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.

1797404

Lavrov və Əl Nəhyan paytaxt Moskvada görüşdükdən sonra mətbuat konfransı keçirib.

Ukraynada davam edən müharibəyə toxunan Lavrov deyib:

"33 min insanı Mariupol şəhərindən evakuasiya etmək mümkün olub. Onların çoxu Rusiyaya olan marşrut seçib".

BƏƏ-nin xarici işlər naziri Əl Nəhyan Ukraynada sülhün bərqərar olmasının vacibliyini bildirib.

“Biz regional və beynəlxalq platformalarda sülhə nail olmaq üçün bütün beynəlxalq güclərin vasitəçilik təşəbbüslərini alqışlayırıq” deyə o qeyd edib. 

Əl Nahyan Ukraynada müharibənin dayandırılması və bu ölkəyə humanitar yardımın göstərilməsi üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bəyan edib:

“Əminəm ki, tərəflər qarşılıqlı şəkildə həll yoluna gələ bilərlər”. 

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.

Әlaqәli Xәbәrlәr