Rusiya ilə Ukrayna arasındakı danışıqların dördüncü raundu

Ukrayna prezidenti Vladimir Zelenski danışıqlardan əvvəl açıqlama verib.(YENİLƏNİB)

1795127
Rusiya ilə Ukrayna arasındakı danışıqların dördüncü raundu

Ukrayna bəyan edib ki, Rusiya ilə danışıqların dördüncü raundunda Moskvadan atəşkəs, qoşunların çıxarılması və təhlükəsizlik zəmanəti tələb edəcək.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak şəxsi "Twitter" hesabından etdiyi paylaşımda Rusiya ilə danışıqların 4-cü raundunun yaxın zamanda başlayacağını bildirib.

Danışıqların çətin keçəcəyinə işarə edən Podolyak “Rusiya aqressiv hərəkətlərinin absurdluğunu dərk etsə də, Ukraynanın dinc şəhərlərinə qarşı 19 günlük zorakılığın düzgün strategiya seçimi olduğu illüziyası altındadır” ifadəsini işlədib.

Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq üçün danışıqların 4-cü raundu onlayn keçiriləcək.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında atəşkəs üçün danışıqların növbəti raundunun bu gün keçiriləcəyini açıqlayıb.

Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.

O vaxtdan bəri hər iki tərəfin nümayəndə heyətləri 3 dəfə danışıqlar masası arxasına əyləşib.

Kreml sözçüsü Dmitriy Peskov Rusiya və Ukrayna arasında atəşkəs üçün danışıqların növbəti raundunun bu gün keçiriləcəyini elan etmişdi.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.

O vaxtdan bəri hər iki tərəfin nümayəndə heyətləri 3 dəfə danışıqlar masası arxasına əyləşib.



Әlaqәli Xәbәrlәr