Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirildi

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu keçirilib.

1791392
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirildi

Rusiyanın Belarusdakı Səfirliyinin yaydığı məlumata görə Belarusun Brest vilayətindəki “Belovejskaya Puşşa”da baş tutan danışıqlar 3 saata yaxın davam edib.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Prezidentin ofisinin rəhbərinin müşaviri Mixail Podolyaka rəhbərlik ediblər.

 Ukrayna nümayəndə heyəti müzakirələrdən sonra verdiyi açıqlamada problemin həlli, o cümlədən atəşkəslə bağlı intensiv məsləhətləşmələr apardıqlarını və humanitar yardım dəhlizlərin yaradılmması mövzusunda tərəflərin razılaşa biləcəkləri ümidinin yarandığını bildirib.

Rusiya nümayəndə heyəti isə danışıqların davam etdiriləcəyini qeyd edib.

Xatırladaq ki, danışıqların birinci mərhələsi fevralın 28-də, ikinci mərhələsi isə martın 3-də baş tutub.

 



Әlaqәli Xәbәrlәr