Zelenski Ukrayna və Rusiya vətəndaşlarına müraciət etdi

Rusiya-Ukrayna müharibəsinin 11-ci günündə hər iki ölkə xalqına videomüraciət ünvanlayan V.Zelenski deyib...

1790612
Zelenski Ukrayna və Rusiya vətəndaşlarına müraciət etdi

 

  Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna hava məkanının “uçuşa qadağan zona” elan edildiyini təkrarlayıb.

  Rusiya-Ukrayna müharibəsinin 11-ci günündə hər iki ölkə xalqına videomüraciət ünvanlayan V.Zelenski deyib: "Ukraynalılar! Biz sabahımızı qazandıq. Amma hələ də bu günümüz üçün mübarizə aparırıq. Biz həyatla köləlik arasında seçim üçün mübarizə aparırıq.

  Rusiyalılar! Biz ukraynalılar sülh istəyirik. Bu, təkcə Ukrayna üçün deyil, həm də sizin ölkəniz üçün mübarizədir. Əgər indi sussanız, sonra sizin üçün ancaq yoxsulluğunuz danışacaq. Sakit durmayın.

  Ukrayna hava məkanı Rusiya üçün “uçuşa qadağan zona” elan edilib. Bütün dünya səmasını Rusiya raketlərinə bağlamaq gücünə malikdir.

  Əsir düşən əsgərlərin sözlərinə görə, Rusiya Ukraynanın digər şəhərlərini də bombalamağa hazırlaşır. Onlar Odessanı bombalamaq istəyir. Biz Odessa və bütün şəhərlərimizi müdafiəyə davam edəcəyik.

  Vinnitsya şəhərinə 8 raket atılıb və oradakı hava limanı tamamilə dağıdılıb.”

  Ukrayna prezidenti həmçinin Amerika Birləşmiş Ştatları Konqresinin üzvlərindən ölkəsinə daha çox müdafiə dəstəyi və təyyarə göndərilməsini istəyib.

  ABŞ Senatı çoxluğu Demokrat Partiyanın sədri Çak Şumer (Chuck Schumer) Volodimir Zelenskinin senator və Nümayəndələr Palatasının üzvləri ilə videokonfrans yolu ilə görüşdüyünü söyləyərək deyib: “Volodimir Zelenski Ukraynanın Rusiyaya qarşı müdafiəsini gücləndirmək üçün təyyarələrə çox ehtiyacı olduğunu və ABŞ-dan bununla bağlı kömək gözlədiklərini bildirib”.

  Bu arada, ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Zelenski arasında Ukraynadakı son vəziyyətlə bağlı telefon danışığı olub.

  Ağ Evdən verilən yazılı açıqlamada C.Baydenin ABŞ və müttəfiqlərinin Ukraynadakı təcavüzün Rusiyaya bədəlini artırmaq üçün davam edən prosesləri vurğulanıb.

  Telefon danışığı zamanı Bayden hökumətinin Ukraynaya təhlükəsizlik, humanitar və iqtisadi yardımları artırdığı və əlavə maliyyə təmin etmək üçün Konqreslə sıx əməkdaşlıq etdiyi söylənilib, “Visa” və “Mastercard”ın Rusiyadakı xidmətlərinin dayandırılması qərarı xüsusilə müsbət qarşılanıb.

  Rusiyanın bu yaxınlarda Ukraynadakı atom elektrik stansiyasına hücumundan da narahatlıq ifadə olunub və reaktorları təhlükəsiz saxlayan Ukrayna operatorlarının məharəti və cəsarəti təqdir edilib.

  Söhbət zamanı Rusiya və Ukrayna arasında davam edən danışıqlar da müzakirə olunub.

  Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücum edir.



Әlaqәli Xәbәrlәr