BMT Ukraynadan qaçqın düşənlərin sayını açıqladı

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) müxtəlif mənbələrdən Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumatları paylaşıb

1790391
BMT Ukraynadan qaçqın düşənlərin sayını açıqladı

 

  Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynadan qonşu ölkələrə təxminən 1 milyon 368 min 864 adam keçib.

  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) müxtəlif mənbələrdən Ukraynadakı qaçqın böhranı ilə bağlı məlumatları paylaşıb.

  Açıqlamada 24 fevral - 4 mart tarixləri arasında yarısından çoxu Polşaya gedən 1 milyon 368 min 864 qaçqının Ukraynadan qonşu ölkələrə keçdiyi bildirilib.

  Polşaya 756 min 303, Macarıstana 157 min 4, Moldovaya 103 min 254, Slovakiyaya 101 min 529, Rumıniyaya 63 min 192, Rusiyaya 53 min 300, Belarus və digər Avropa ölkələrinə 406 keçib.

  Məlumatda 133 min 876 qaçqının sərhədi keçdiyi və bu rəqəmlərə əlavə olaraq 18-23 fevral tarixlərində Donetsk və Luqansk vilayətlərindən 96 min adamın Rusiyaya keçdiyi bildirib.

  BMT xəbərdarlıq edib ki, Ukraynada vəziyyət daha da gərginləşərsə, 4 milyona qədər mülki şəxs ölkəni tərk edə bilər.

  Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr