Putin qonşu və digər ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb

Rusiya prezidenti Vladimir Putin qonşu və digər ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb.

1789926
Putin qonşu və digər ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb

Rusiya prezidenti Vladimir Putin qonşu və digər ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb.

Putin videokonfrans vasitəsilə ölkəsinin Leninqrad vilayətinin Ust-Luqa limanında Marşal Rokossovki bərəsində bayraq qaldırma mərasimində iştirak edib.

Ukraynaya edilən hücumla bağlı pis niyyətlərinin olmadığını vurğulayan Putin digər ölkələri də Rusiya ilə normallaşmaya çağırıb.

“Rusiya yalnız digər ölkələrin mənfi hərəkətlərinə cavab verir, münasibətləri normallaşdırmaq və əməkdaşlıq etmək lazımdır”- deyə Putin vurğulayıb.

Putin qeyd edib ki, Rusiya Federasiyasının qarşısında duran vəzifələr bütün hallarda həll olunacaq: “Yekunda biz bundan faydalanacağıq, çünki dediyim kimi, əlavə səriştələrə yiyələnəcəyik”.

Putin digər ölkələr qarşısında iqtisadi öhdəliklərini yerinə yetirdiklərini də vurğulayıb.

Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr