Rusiya Müdafiə Nazirliyi Ukraynada məhv edilən hərbi infrastrukturun sayını açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada ümumilikdə 1612 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib.

1789143
Rusiya Müdafiə Nazirliyi Ukraynada məhv edilən hərbi infrastrukturun sayını açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada ümumilikdə 1612 hərbi infrastruktur obyektinin məhv edildiyini bildirib.

Nazirliyin sözçüsü İqor Konaşenkov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı məlumat paylaşıb.

Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyini qeyd edən Konaşenkov Mariupol şəhəri ətrafında mühasirə dairəsinin daraldığını bildirib.

Konaşenkov “Rusiya hərbi qüvvələri Vinoqradnaya, Sartaka, Vodyanoe, Çistopolye, Novopoltavka yaşayış məntəqələrini, həmçinin Balakliya şəhərini nəzarətə götürüb” deyib.

Ukraynanın hərbi infrastruktur obyektlərini məhv etməyə davam etdiklərini bildirən Konaşenkov paytaxt Kiyevin Lysa Hora bölgəsində texnoloji radio və televiziya mərkəzini vurduqlarını açıqlayıb.

Konaşenkov "Əməliyyat başlayandan indiyədək ümumilikdə 1612 hərbi infrastruktur obyekti məhv edilib. Bunlara Ukrayna Silahlı Qüvvələrinin 62 komanda-rabitə mərkəzi, 39 "S-300" hava hücumundan müdafiə sistemi, "Buk M-1" və" Osa', 52 radar stansiyası daxildir" ifadələrdən istifadə etmişdir.

Konaşenkov Ukrayna ordusuna məxsus ümumilikdə 62 təyyarə, 606 tank və zirehli texnika, 67 çoxlüləlli reaktiv yaylım atəşi sistemi, 227 minaatan artilleriya qurğusu, 405 xüsusi təyinatlı hərbi maşın və 53 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi barədə məlumatı paylaşıb.

Xatırladıq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr