Rusiyanın indiyədək Ukraynada verdiyi itkilərin sayı

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

1787662
Rusiyanın indiyədək Ukraynada verdiyi itkilərin sayı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək 5 710 nəfər zərərsizləşdirilib, 200 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 77 artilleriya qurğusu, 7 hava hücumundan müdafiə sistemi, 24 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 305 avtomobil texnikası məhv edilib.

Xatırladaq ki, fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum başladıb.



Әlaqәli Xәbәrlәr