Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün müraciəti imzaladı

"Telegram" kanalında verdiyi açıqlamada V.Zelenski bildirib...

1787246
Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün müraciəti imzaladı

 

  Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olması üçün ərizə petisiyasını imzaladı.

  "Telegram" kanalında verdiyi açıqlamada V.Zelenski bildirib: "Avropa İttifaqına üzvlük üçün petisiya imzaladım.

  Ukrayna xalqına qarşı Rusiyanın mübarizəni davam edir.

  Rusiyanın Ukraynaya hücumundan keçən 4 gün ərzində 16 uşaq ölüb, 45-i isə yaralanıb.

  Qərbli tərəfdaşlarımız Ukraynaya dəstəyini davam etdirir.

  Rusiya da hücumlar nəticəsində itkilər verir. 4500 Rusiya əsgəri həlak olub.

  Silahlarınızı atın, gedin buradan. Komandirlərinizə və təbliğatçılarınıza uymayın. Canınızı xilas edin".



Әlaqәli Xәbәrlәr