Ukraynada hərbi vəziyyət elan olundu

Ukrayna prezidenti Vladimir Zelenski xalqı mümkün qədər evdə qalmağa çağıraraq ölkə boyu hərbi vəziyyətin elan olunduğunu bəyan edib

1784091
Ukraynada hərbi vəziyyət elan olundu

 

  Ukrayna prezidenti Vladimir Zelenski xalqı mümkün qədər evdə qalmağa çağıraraq ölkə boyu hərbi vəziyyətin elan olunduğunu bəyan edib.

  V.Zelenski Rusiyanın Ukraynadakı əməliyyatı haqqında deyib: “Həyatımıza, azadlığımıza, övladlarımıza hücum edilərsə, özümüzü müdafiə edəcəyik. Hücum etməyəcəyik, özümüzü müdafiə edəcəyik.

  Rusiya bizim infrastrukturumuza və sərhədçilərimizə raket zərbələri endirib. Ölkənin bir çox şəhərlərində partlayışlar baş verib".

  Ukrayna parlamenti tərəfindən gecə yarısından başlayan Fövqəladə Vəziyyət qərarını qəbul edib.

  450 deputatdan 335-nin lehinə səsi ilə keçən qərara əsasən, Fövqəladə Vəziyyət rejimi 30 gün davam edəcək. Lazım gələrsə, daha 30 gün müddətinə uzadıla bilər.

  Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksiy Danilov parlamentdəki çıxışında Rusiyanın özəl təhlükəsizlik qüvvələrinin və separatçıların ölkəyə qarşı fəaliyyətinə görə dövlətin normal fəaliyyətini təmin etmək üçün bu qərarı qəbul etməyə ehtiyac duyduqlarını söyləyib.

  Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr