Rusiya Ukraynanın şərqində xüsusi hərbi əməliyyata başladı

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb

1784049
Rusiya Ukraynanın şərqində xüsusi hərbi əməliyyata başladı
donbas-askeri operasyon.jpg

 

  Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb. O, 24 fevralda sübhdən televiziya kanalından xalqa müraciət edib.

  Ukraynanın şərqindəki qondarma separatçı hökumətlərin Rusiyadan hərbi yardım istədiyini bildirən Putin deyib: "Buna uyğun olaraq biz xüsusi hərbi əməliyyat təşkil etmək qərarına gəldik. Əməliyyatın məqsədi 8 ildir Kiyev rejimi tərəfindən sui-istifadə və soyqırıma məruz qalan insanların müdafiəsi, çox sayda qanlı cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsidir. Rusiya Federasiyası vətəndaşları da daxil olmaqla, mülki şəxslərə qarşı cinayətlər, eləcə də Ukraynanı nasizm və militarizmdən azad etməyə çalışacağıq.

  Ukrayna ərazisini işğal etmək planımız yoxdur. Heç kimə heç nəyi məcbur etməyəcəyik.

  Rusiya Ukrayna və Belarusla qərb sərhədindəki hava məkanını da mülki uçuşlar üçün bağladı”.

  Qeyd edək ki, Ukraynanın şərqindəki separatçı başçılar Leonid Paseçnik və Denis Puşilin Rusiya prezidenti Putindən Ukrayna ordusuna qarşı kömək istəyiblər. Bunu Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov açıqlayaraq deyib: "Rusiya prezidenti Vladimir Putinə Luqansk Xalq Respublikasının başçısı Leonid Paseçnik və Donetsk Xalq Respublikasının başçısı Denis Puşilindən məktublar gəlib. Onlar bu respublikaların tanınması üçün bir daha özləri və xalqları adından Rusiya prezidentinə minnətdarlıqlarını bildirirlər.”

  Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma administrasiyalarının tanınması haqqında fərman imzalayıb və Rusiya Silahlı Qüvvələrini sözügedən bölgələrə göndərib.

  Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası da V.Putinin ordunun Rusiya ərazisindən kənarda fəaliyyət göstərməsi ilə bağlı müraciətini təsdiqləyib.



Әlaqәli Xәbәrlәr