Rusiya Müdafiә Nazirliyi bәyanat yayıb

Rusiya Müdafiә Nazirliyi Ukraynanın hava hücumundan müdafiә sistemlәrinin, hәrbi aerodromlarının vә aviasiyasının sıradan çıxarıldığını açıqlayıb.

1784141
Rusiya Müdafiә Nazirliyi bәyanat yayıb

Rusiya Müdafiә Nazirliyi Ukraynanın hava hücumundan müdafiә sistemlәrinin, hәrbi aerodromlarının vә aviasiyasının sıradan çıxarıldığını açıqlayıb.

Rusiya Müdafiә Nazirliyindәn verilәn bәyanatda Ukraynanın şәrqindәki Donbasda keçirilәn xususi әmәliyyatın mülki vәtәndaşlar üçün tәhlükә yaratmadığı iddia edilib.

Bәyanatda deyilir: ‘‘Ukraynanın hərbi infrastrukturu, hava hücumundan müdafiə sistemlәri, hərbi aerodromlar və  aviasiyası yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb”.

Ukrayna Silahlı Qüvvәlәri isә Rusiyanın beş tәyyarәsi ilә bir helikopterinin vurulduğunu açıqlayıb.

Rusiya Müdafiә Nazirliyi Ukraynaya qarşı hәrbi müdaxilә zamanı mülki әhalinin vә silahlarını yerә qoyan Ukrayna hәrbi birliklәrinin hәdәf alınmadığını açıqlayıb.

Rusiya Müdafiә Nazirliyindәn verilәn bәyanatda ölkәnin Ukraynaya qarşı hәrbi müdaxilәsi qiymәtlәndirilib.

Bәyanatda vurğulanıb ki, әldә olunan kәşfiyyat mәlumatlarına görә, Ukrayna ordusuna aid bәzi birliklәr geri çәkilib. Bәyanatda hәmçinin Ukrayna ordusunun Rusiyaya mәxsus tәyyarә vә zirәhli texnikanın vurduğuna  dair yayılan mәlumatların hәqqәti әks etdirmәdiyi bildirilib.

Qeyd edәk ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr