Co Bayden Rusiyaya sərt cavab verdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasına münasibət bildirib.

1784055
Co Bayden Rusiyaya sərt cavab verdi

Co Bayden Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində  yerləşən  Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını elan  etdikdən  sonra   açıqlama verib. Bayden: “Putin insan tələfatı və iztirab yaranmasına səbəb olacaq  müharibədən qəsdən imtina  etmədiyi   üçün   ehtimal  olunan  bütün  cinayət və   təxribatların   məsuliyyətini  daşıyacaq. ABŞ və müttəfiqləri  buna  biganə  qalmayacaq.  Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”.

Qeyd  edək  ki, Co Baydenın Rusiyanın Ukraynaya hərbi əməliyyatından sonra ölkəsi və müttəfiqlərinin Moskvaya qarşı tətbiq edəcəyi yeni sanksiyaları açıqlaması   gözlənilir. 

Xatırladaq  ki, ABŞ prezidenti dünən Rusiya qazını Avropaya daşıyacaq “Şimal axını 2” layihəsini həyata keçirən şirkət və onun səlahiyyətlilərinə  sanksiya tətbiq edəcəklərini açıqlayıb. 



Әlaqәli Xәbәrlәr