“Ukrayna bizə ancaq qonşu deyil, Rusiya tarixinin bir parçasıdır”, V.Putin

Rusiya Donetsk və Luqansk bölgələrinin müstəqilliklərini tanıdı!

1782469
“Ukrayna bizə ancaq qonşu deyil, Rusiya tarixinin bir parçasıdır”, V.Putin
Rusya.2.jpg

 

“Donbas (Ukraynanın şərqi) tarixən Rusiyanın bir hissəsidir”, - Rusiya prezidenti Vladimir Putin bildirib.

Xalqa müraciət edən Putin deyib: “Ukraynanın şərq hissəsi keçmiş Rusiya ərazisi olub. Rusiya imperiyasının tərkibində olan yerlərdən bir zaman əl çəkmək məcburiyyətində qaldıq. Keçmişi dəyişmək mümkün deyil, faktlarla danışmaq lazımdır.

Müasir Ukraynanı Rusiya qurub. Amma bu gün Ukraynanı xarici güclər idarə edir, Qərb qərarlar verir, xalq soyulur.

Ukrayna bizə sadəcə qonşu deyil, Rusiya tarixinin bir parçasıdır, ukraynalılar isə ruslara qohum və yoldaşdırlar.”

“Biz qərbli həmkarlarımızla danışıqlara hazırıq” deyən Rusiya lideri “lakin bizim tələblərimiz yerinə yetirilməlidir” deyib.

Xalqa müraciətindən sonra Putin Ukraynanın şərqində rusiyayönümlü separatçıların qondarma administrasiyasının tanınması haqqında fərmanı imzalayıb və ratifikasiya üçün parlamentə göndərib.

Beş maddədən ibarət fərmanlarda Putinin Rusiya Silahlı Qüvvələrinə qondarma "Donetsk və Luqansk xalq respublikaları"nda sülhün qorunması istiqamətində fəaliyyət göstərməyi tapşırdığı bildirilib.

Bundan əlavə, Putin Rusiya Xarici İşlər Nazirliyinə qondarma Donetsk və Luqansk tərəflərilə diplomatik münasibətlərin qurulmasına dair sazişlər bağlamağı tapşırıb.

Qeyd olunub ki, sözügedən fərmanlar imzalandığı tarixdən qüvvəyə minib.

Bu arada Rusiya Prezident Aparatının verdiyi V.Putinin Donetsk və Luqansk bölgələrinin müstəqilliklərinin tanınması qərarı Almaniya və Fransaya çatdırılıb. Avropa İttifaqından (Aİ) Rusiya prezidentinə reaksiya gecikməyib: Aİ-nin ali nümayəndəsi Cosep Borrel bildirib ki, ”Belə bir addım atılarsa, sanksiyalar müstəvidə olacaq”.



Әlaqәli Xәbәrlәr