Putin Rusiya Təhlükəsizlik Şurası ilə növbədənkənar iclas keçirir

Rusiya Prezident Aparatının (Kreml) sözçüsü Dmitri Peskov iclasın gündəliyi ilə bağlı təfərrüatları açıqlamayıb

1782265
Putin Rusiya Təhlükəsizlik Şurası ilə növbədənkənar iclas keçirir

 

  Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Rusiya Təhlükəsizlik Şurası ilə növbədənkənar iclas keçirir.

  Rusiya Prezident Aparatının (Kreml) sözçüsü Dmitri Peskov Ukraynanın Donetsk və Luqansk vilayətlərində rusiyapərəst separatçıların nəzarətində olan bölgədə artan gərginliklə bağlı qiymətləndirmələr edib.

  Ukraynanın şərqindəki vəziyyətdən narahat olduqlarına diqqət çəkən Peskov bildirib: “Vəziyyət həddən artıq gərgindir və indiyədək heç bir azalma əlaməti görmürük. Təxribatlar və bombardmanlar güclənir və bu, təbii ki, dərin narahatlıq doğurur.

  Prezident Putin bu gün (21 fevral) Rusiya Təhlükəsizlik Şurası ilə fövqəladə iclas keçirəcək. Bu, adi toplantı deyil, böyük yığıncaqdır.”

  Rusiya Prezident Aparatının (Kreml) sözçüsü Dmitri Peskov iclasın gündəliyi ilə bağlı təfərrüatları açıqlamayıb.



Әlaqәli Xәbәrlәr