İsrail təhlükəsizlik qüvvələri daha 36 fələstinlini saxlayıb

İsrail təhlükəsizlik qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə daha 36 fələstinlini nəzarətə götürüb.

1782159
İsrail təhlükəsizlik qüvvələri daha 36 fələstinlini saxlayıb

TRT xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı yanında Fələstin Məhbuslar Dərnəyindən açıqlama verilib. Bildirilib ki, İsrail qüvvələri gecə saatlarında İordan çayının qərb sahilində və Şərqi Qüdsdə bəzi ünvanlara basqın təşkil edərək, Cenin, Qüds, Ramallah və Hebron şəhərlərində 36 fələstinlini nəzarətə götürülüblər. Bildirilir ki, dərnəyin açıqlamasında həbslərin səbəbinə dair məlumat verilməyib.  



Әlaqәli Xәbәrlәr