Ukrayna, Böyük Britaniya və Polşa arasında üçtərəfli ittifaq yaradılıb

TRT-nin xəbərinə görə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Kiyevdə səfərdə olan İngiltərə xarici işlər naziri Liz Truss ilə təşkil edilən birgə mətbuat konfransında bu barədə açıqlama verib.

1780977
Ukrayna, Böyük Britaniya və Polşa arasında üçtərəfli ittifaq yaradılıb

Böyük Britaniya və Polşa ilə üçtərəfli əməkdaşlıq alyansı yaratdıqlarını ifadə edən Dmitro Kuleba, bunu ictimaiyyətlə paylaşmağın xoşbəxtliyini yaşadığını qeyd edib. Polşa və İngiltərənin Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün Ukrayna xalqı ilə çiyin-çiyinə olmaqda davam edəcəklərini ifadə edən Kuleba: “Polşa və İngiltərə bizə ölkəmizi qorumağa kömək edəcək. Yeni formatın üzvləri iqtisadiyyat, ticarət, enerji və dezinformasiyaya qarşı mübarizə sahələrində əməkdaşlıq edəcəklər”.

Böyük Britaniyanın Xarici işlər naziri Liz Truss da öz növbəsində: “İngiltərə Ukrayna və enerji sahəsindəki müstəqilliyi ilə bağlı layihələr üçün maliyyə vəsaitlərini 100 milyon funt-sterlinqə qədər artıracaq”.

Ukraynanın Rusiyanın təcavüzü qarşısında güçlü müqavimət  göstərməsini yüksək qiymətləndirdiyini ifadə edən Truss, bu müqavimətə dəstək verən ölkə olmağın qürurunu yaşadıqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr