Rusiya qoşunları bazalarına qayıdırlar

Rusiya təlimlər çərçivəsində tapşırıqlarını yerinə yetirən hərbi hissələrin bazalarına qayıtmağa başladığını açıqlayıb.

1778927
Rusiya qoşunları bazalarına qayıdırlar

TRT xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov jurnalistlərə açıqlamasında danışıb. “Rusiyanın Cənub və Qərbi Hərbi Bölgələrindəki təlim çərçivəsində vəzifələrini tamamlayan qoşunların bəzi hissələri qərargahlarına qayıdmağa başlayıblar”.

Belarusda davam edən təlimlərə xarici ölkələrin hərbi attaşelərinin də dəvət edildiyini ifadə edən Konaşenkov, Müttəfiqlərin qətiyyəti-2022” birgə hərbi təlimi çərçivəsində fevralın 19-da real döyüş sursatı ilə atəş açılacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr