Belarus və Rusiyanın “Müttəfiqlərin qətiyyəti”

Belarus Müdafiə Nazirliyinin məlumatına görə...

1777597
Belarus və Rusiyanın “Müttəfiqlərin qətiyyəti”

 

  Belarus və Rusiyanın “Müttəfiqlərin qətiyyəti - 2022” birgə təlimində hərbi birləşmələr Ukrayna və Polşa sərhədləri yaxınlığında sərhədlərin möhkəmləndirilməsi və mühafizəsi vəzifələrinə yönəlib.

  Belarus Müdafiə Nazirliyinin məlumatına görə, Belarus və Rusiya ordusunun hərbi hissələri ölkə ərazisində müəyyən edilmiş poliqonlarda öz vəzifələrini yerinə yetirir.

  Belarusun mexanikləşdirilmiş qoşunları Qojski poliqonunda müdafiə fəaliyyətini həyata keçirərkən Rusiya hava-desant qoşunları “təxribat ssenarisi”ni həyata keçirir və “saxta düşmən”in kəşfiyyat qruplarını məhv edir.

  Belarus Silahlı Qüvvələri ilə birgə hərbi təlimdə Rusiya ordusuna məxsus iki “S-400” və “Pantsir-S” hava hücumundan müdafiə raket kompleksləri və “Su-35”, “Su-30”, “Su-25” təyyarələri vardır.

  Manevrdə Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsindən olan bölmələri iştirak edir.

  “S-400” hava hücumundan müdafiə raket sistemlərinin Brest bölgəsindəki poliqonda işə salındığı bildirilib.

  Hərbi təlim fevralın 20-dək Belarusun Obuz-Lesnovski, Osipoviçski, Brestski, Qojski, Domanovski poliqonlarında və Baranoviç, Luninets, Lida və Maçulişçi hərbi aviabazalarında davam edəcək.



Әlaqәli Xәbәrlәr