TBMM sədri Şəntop İrana təbrik məktubu ünvanlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop İran İslam Respublikasının milli bayramını təbrik edib.

1777072
TBMM sədri Şəntop İrana təbrik məktubu ünvanlayıb

Şəntop milli bayram münasibətilə İran İslami Şura Məclisinin sədri Məhəmməd Bağır Qalibafa təbrik məktubu ünvanlayıb. TBMM sədri Şəntop məktubunda: “İran İslam Respublikasının Milli Günü münasibətilə dost və qardaş İran xalqını və onun şəxsiyyətlərini türk milləti və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, güclü tarixi, mədəni və bəşəri  əlaqələrlə   möhkəm təməl üzərində formalaşan münasibətlərimiz assambleyalarımızın birgə səyləri və qarşılıqlı təmaslar ilə daha da güclənəcəkdir. Ölkənizin milli bayramı münasibətilə İran xalqına rifah, əmin-amanlıq və firavanlıq, şəxsi cansağlığı və xoşbəxtlik arzularımı çatdırıram.



Әlaqәli Xәbәrlәr