Polşanın Baş naziri Ukraynaya gedir

Polşa hökumətinin sözçüsü Peter Müller mətbuata verdiyi açıqlamada bildirib ki...

1771175
Polşanın Baş naziri Ukraynaya gedir

 

  Polşanın Baş naziri Mariuş Moravietski fevralın 1-də Kiyevə səfər edəcək və Ukraynanın dövlət və hökumət rəhbərləri ilə görüşəcəkdir. Səfərin məqsədi böhranla əlaqədar Ukraynaya dəstək olmaq və Avropada sülhün qorunması üçün səyləri gücləndirməkdir.

   Polşa hökumətinin sözçüsü Peter Müller mətbuata verdiyi açıqlamada bildirib ki, səfər zamanı regiondakı vəziyyətlə bağlı məsləhətləşmələr də aparılacaq.

  Xatırladaq ki, yanvar ayında Polşanın və Ukraynanın dövlət başçıları Andjey Duda və Volodimir Zelenski arasında da görüş keçirilmişdi və əsas mövzu regiondakı təhlükəsizlik məsələləri idi.



Әlaqәli Xәbәrlәr