Ukraynada “Covid-19” əleyhinə peyvəd qəbul edənlərə mükafat veriləcək

Ukraynada dövlət nəzdində poçt şirkəti yeni növ koronavirus (Covid-19)  əleyhinə  peyvənd olan işçilərinə pul mükafatı verəcəyini açıqlayıb.

1727514
Ukraynada “Covid-19” əleyhinə peyvəd qəbul edənlərə mükafat veriləcək

Ukrayna İnfrastruktur Nazirliyinin Ukrposhta mətbuat xidməti  tərəfindən  ictimaiyyətə  çatdırılan poçt şirkətinin   açıqlamasında: “Covid-19  əleyhinə  peyvənd olunan  işçilərə 40 min dollar dəyərində mükafat paylanacaq”.

Ölkə daxilindəki   filiallarında peyvənd mərkəzi açan şirkət bu tətbiqlə peyvəndi təbliğ edir.

Ukrayna Səhiyyə Nazirliyindən  yayılan  açıqlamalara görə, sutka  ərzində  “Covid-19” səbəbi  ilə  298 nəfər  həyatını  itirib. 13 min 936 yeni Kovid-19 hadisəsi qeydə alınıb.



Әlaqәli Xәbәrlәr