Sergey Şoyqu: “Rusiya Ermənistan ordusunun modernləşdirilməsinə kömək edəcək”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ermənistan ordusunun modernləşdirilməsi və orduda islahatların aparılmasına köməyini davam etdirməyə hazır olduğunu bildirib.

1689543

Şoyqu paytaxt Moskvada Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Ermənistanla həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) səviyyəsində qarşılıqlı fəaliyyətə əhəmiyyət verdiklərini ifadə edən Şoyqu "Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və orduda islahatların aparılmasına köməyi davam etdirməyə hazırıq" deyib.

Rusiya bazasının Ermənistanda yerləşdiyini qeyd edən Şoyqu "Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın əsas müttəfiqi və tərəfdaşıdır. Biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq" deyə bildirib.

Ermənistanın müdafiə naziri Karapetyan da Rusiyanın ölkəsi üçün strateji müttəfiq olduğunu vurğulayaraq,

"Biz Rusiya ilə sıx və səmərəli əməkdaşlığa hazırıq" ifadələrdən istifadə edib.

Әlaqәli Xәbәrlәr