İsrail polisi Fələstinlilərin müqaviməti qarşısında geri çəkildi

Fələstinlilərin 12 gün davam edən mübarizəsindən sonra İsrail polisi geri çəkildi İsrail polisi işğalı altında olan Şərqi Qüdsdə, “Şam darvazasının” qarşısındakı oturma sahələrindəki barrikadaların götürülməsinə icazə verib.

1628366
İsrail polisi Fələstinlilərin müqaviməti qarşısında geri çəkildi

TRT-nin bölgə müxbirinin məlumatına görə İçərişəhərdəki Məscidül-Əqsada təravih namazından sonra fələstinlinin Şam darvazası qarşısında toplanmasının qarşısının alınması üçün oturma sahələrinə yerləşdirilmiş barrikadaların qaldırmalarına İsrail polisi müdaxilə etməyib. Barrikadalar götürüldükdən sonra Fələstinlilər Şam darvazasının qarşısında şüarlar səsləndirdilər, dua oxuyublar.

Qeyd edək ki, Ramazan ayının başlaması ilə İsrail polisi Şam darnvazası qarşısındakı oturma sahələrini barrikadalarla bağladı. Fələstinlilər isə buna etiraz məqsədiylə Ramazanın ilk günündən təravih namazından sonra darvazada toplanaraq aksiya keçirdilər. İsrail polisi isə nümayişlərə müdaxilə edərək çox sayda Fələstinlini nəzarətə götürdü. Aksiyaçılar zamanı 130-dan çox Fələstinli yaralandı.



Әlaqәli Xәbәrlәr