Hәsәn Ruhani nüvә müqavilәsini qiymәtlәndirib

İran prezidenti Hәsәn Ruhani nüvә müqavilәsi çәrçivәsindәki öhdәliklәrini yerinә yetirmә növbәsinin  5+1 ölkәlәri olaraq bilinәn Amerika Birlәşmiş Ştatları, Fransa, İngiltәrә, Çin, Rusiya vә Almaniyada olduğunu söylәyib.

1613058

Ölkәnin müxtәlif bölgәlәrindәki layihәlәrin açılış mәrasiminә videokonfrans yolu ilә qatılan Hәsәn Ruhani çıxışında nüvә müqavilәsi vә ölkәsinә tәtbiq edilәn sanksiyaları qiymәtlәndirib.

İran ilә Amerika Birlәşmiş Ştatları arasında hansı ölkәnin ilk addımı atmalı olduğu ilә bağlı mübahisәlәrә toxunan Hәsәn Ruhani deyib: ‘‘İran tәkbaşına bir il boyunca nüvә müqavilәsinin yükünü öz boynuna götürdü. Bu gün nüvә müqavilәsi çәrçivәsindәki öhdәliklәrini yerinә yetirmә növbәsi 5+1 ölkәlәrindәdir’’.

Әlaqәli Xәbәrlәr