Bəhreyn Qətərə nota verib

Bəhreyn, Əl-Cəzirə telekanalında yayımlanan proqramda “müxalif məhbuslara Jaw Həbsxanasında işgəncə edildi” iddiaların irəli sürülməsi ilə əlaqədar Qətərə etiraz notası verib.

1599146
Bəhreyn Qətərə nota verib

Bəhreyn Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli açıqlama yayılıb.

Nazirliyin yazılı şərhində Qətər Xarici İşlər Nazirliyinə ünvanlanan etiraz notasında 7 Martda Əl-Cəzirə telekanalında “Mətndən kənar” adı ilə yayımlanan proqramında səsləndirilən iddiaların məsnədsiz olduğu  ifadə  edilmib  qınandığı bildirilib. Bu iddiaların Qətər başda olmaqla bütün Körfəz və Ərəb ölkələrini tanıyan “muzdlu təxribatçılar” tərəfindən irəli sürüldüyünə və bu insanların Bəhreynə və digər Körfəz ölkələrinə düşmən olan xarici güclərdən əmir aldıqlarına diqqət çəkilən açıqlamada, belə televiziya proqramlarının Əl-Üla şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurası Sammitinin ruhu və prinsipləri ilə üst-üstə gəlmədiyi vurğulanıb.

Nazirliyin şərhində həmçinin bildirilib ki, Bəhreynli balıqçılara yönəlik Qətər Sahil Mühafizə dəstələrinin pis rəftarı da qəbul edilməzdir.

 



Әlaqәli Xәbәrlәr