B.Netanyahu BƏƏ və Bəhreynə planlaşdırılan səfərlərini təxirə saldı

İsrail Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə planlaşdırılan rəsmi səfərlərini təxirə salıb.

1577284
B.Netanyahu BƏƏ və Bəhreynə planlaşdırılan səfərlərini təxirə saldı

Baş nazirliyin ofisindən yayılan yazılı açıqlamada Netanyahunun BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayid və Bəhreyn Kralı Həməd ibn İsa Al Xəlifənin dəvətini və ölkələr arasındakı tarixi sülhü yüksək qiymətləndirdiyinə diqqət çəkilib. Planlaşdırılan Əbu-Dabi və Bəhreyn səfərlərinin əhəmiyyətinə təkid edilən açıqlamada  koronavirus tədbirləri çərçivəsində hava limanının bağlı  olması  səbəbindən səfərlərin təxirə salındığı bildirilib”. Təxirə salınan səfərlərin nə vaxt reallaşdırılacağına dair məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr