Binyamin Netanyahu BƏƏ-nə səfərə gedir

İsrailin Baş naziri Binyamin Netanyahu 9 fevralda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

1574992
Binyamin Netanyahu BƏƏ-nə səfərə gedir

Yerli mətbuatın məlumatına görə Baş nazir Netanyahu BƏƏ-nə bir neçə saatdan ibarət reallaşdıracaq qısa səfər çərçivəsində vəliəhd Məhəmməd İbn Zayed ilə görüşəcək. Baş nazirinin BƏƏ-nə səfərinin qısa olmasına İsraildə gündəlik yeni koronavirus hadisələrinin sayının çoxluğu və karantin müddətinin uzadılmasına dair müzakirələr aparılması səbəb göstərilir.

Xatırladaq ki, Netanyahunun 2020-ci ilin dekabrında və keçən ay BƏƏ-nə iki dəfə səfəri planlaşdırıldı, lakin bu səfərlər müxtəlif səbəblərdən təxirə salındı.

Qeyd edək ki, 15 Sentyabr 2020-ci il tarixində İsrail, BƏƏ və Bəhreynlə əlaqələrini normallaşdırmaq üçün ABŞ-da Ağ Evdə təşkil edilən mərasimlə müqavilə imzaladı.



Әlaqәli Xәbәrlәr