Ermənistanda da korona virusu çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verdi...

1369422
Ermənistanda da korona virusu çıxdı

 

  Ermənistanın baş naziri Nikol Paşinyan İrandan gələn bir ermənidə yeni tip korona virusu (Kovid-19) təsbit edildiyini və bunun ölkədə ilk hadisə olduğunu açıqlayıb.

  “Facebook”dan paylaşdığı şərhdə bir neçə gün əvvəl Tehrandan gələn 29 yaşlı Ermənistan vətəndaşında “Covid-19” virusunun təsbit edildiyini bildirərərk yazıb: “Xəstəxanada müalicə olunan bu adamın vəziyyəti yaxşıdır. Təəssüf ki, biz ilk təsdiq edilmiş hadisəni yaşadıq. Virus təsbit edilən adamla təmas quran hər kəs təqib edilir."



Әlaqәli Xәbәrlәr