Çavuşoğlu-Zərif arasında telefon danışığı oldu

Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, İranlı həmkarı Məhəmməd Cevad Zərif ilə telefonda danışdı.

1365433
Çavuşoğlu-Zərif arasında telefon danışığı oldu

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Zərif Çavuşoğluna, İranın Hoy bölgəsindəki zəlzələdən təsirlənən Türkiyənin Van şəhərində həyatını itirənlər üçün başsağlığı verib. Danışıq zamanı yeni növ koronavirus (Kovid-19) epidemiyası və zəlzələ mövzuları müzakirə olundu.

Məlumata görə Kosovo Xarici işlər naziri Glauk Konjufca da Çavuşoğluna telefon edərək zəlzələdə həyatını itirənlər üçün başsağlığı verib.

Qeyd edək ki, İranda Kovid-19 səbəbiylə ölənlərin sayı 8-dən 12-yə yüksəlsə də, virusa yoluxanların sayı 47 nəfərdir. Bu səbəbdən İran ilə Türkiyə arasında quru və dəmir yolu geçişlerine imkan verən Ağrı / Gürbulak, Van / Kapıköy, Hakkari / Əsəndərə, Iğdır / Dilucu quru hüdud qapıları ilə Van / Kapıköy dəmir yolu hüdud qapısı müvəqqəti müddətlə bağlandı.

 

 



Әlaqәli Xәbәrlәr