İraqda iki aksiyaçı güllələndi

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə davam edən aksiyalar zamanı iki nümayişçi güllələnərək öldürüldü.

1347877
İraqda iki aksiyaçı güllələndi

Mövzu ilə bağlı Bağdadın Təhrir Meydanında səyyar sağlamlıq xidməti çatdıran səhhiyə işçi açıqlama verib. O bildirib ki, aksiyalar zamanı iki nümayişçi həqiqi güllə ilə öldürüldü. Səhhiyə işçisi həmçinin qeyd edib ki, təhlükəsizlik qüvvələrinin aksiyaçılara müdaxiləsi nəticəsində gerçək güllə yaralananların sayı 33-ə çatıb.

Qeyd edək ki, İraq Parlamenti yayında İnsan Haqları Komissarlığından yayılan açıqlamada şənbə və bazar günü keçirilən nümayişlərə polisin müdaxiləsi nəticəsində 12 nəfərin öldüyü bildirilib. Açıqlamada vurğulanıb ki, İraq təhlükəsizlik qüvvələri bazar günü Bağdad, Zikar, Bəsrə və digər əyalətlərdə keçirilən etiraz aksiyalarına müdaxilə zamanı həddindən artıq zorakılıq və şiddətə üz tutdular. Aksiyaçılara gerçək güllə istifadə edərək atəş etdilər.

 



Әlaqәli Xәbәrlәr