İraqda keçirilən nümayişlər

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə nümayişlər keçirən aksiyaçılar prezident Behram Saleh və Məclis sədri Məhəmməd əl-Halbusiyə etirazlarını bildiriblər.

1326796
İraqda keçirilən nümayişlər

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə nümayişlər keçirən aksiyaçılar istefa edən baş nazir Adil Əbdülmehdidən sonra yeni hökumət başçısının müəyyən edilə bilməməsi səbəbindən prezident Behram Saleh və Məclis sədri Məhəmməd əl-Halbusiyə etirazlarını bildiriblər.

Bağdadın mərkəzindəki Təhrir meydanındakı nümayişçilər mövcud namizədlərdən birinə yeni hökumət qurması üçün gözlənilən təklifi təqdim etməyən prezident Saleh və Məclis sədri Halbusini tənqid ediblər.

Sosial şəbəkədə yayılan görüntülərə görə isə, Bağdaddakı nümayişçilər tez-tez “Behram və Halbusi növbə sizdədir” deyə şüarlar səsləndiriblər.

İraqın konstitusiyasına görə 15 gün ərzində bir namizədə hökuməti qurma vəzifəsi tapşırmalıdır.

Bu müddət dekabrın 19-da saat 24.00-da başa çatdı.

Salehin hökuməti qurma vəzifəsi tapşırdığı namizədin məclisdə təsdiqlənməsi də lazımdır.



Әlaqәli Xәbәrlәr