Sutka ərzində12 mindən çox Suriyalı Türkiyə sərhədinǝ axışdı

Suriyada Bəşər Əsəd rejimi qüvvələri və Rusiyanın İdlib Gərginliyin Azaldılması Bölgəsi sərhədləri içərisindəki məskunlaşmalara hücumları davam edir.

1325684
Sutka ərzində12 mindən çox Suriyalı Türkiyə sərhədinǝ axışdı

Sutka ərzində həyata keçirilən hücumlar nəticəsində 12 mindən çox Suriyalı Türkiyənin sərhəd xəttinə yaxın ərazilərə axışdı.

Suriyaya Müdaxilə Koordinasiya mərkəzinin direktoru Muhammed Hallaj mövzu ilə bağlı yaydığı açıqlamada Əsəd rejimi və tərəfdarlarının İdlibə istiqamətli hücumlarının artmasına görə evini tərk edərək Türkiyə sərhəddinə yaxın ərazilərə köçənlərin sayının artdığını bildirib.

İdlibin cənubundakı yaşayış yerləri və Marratinnuman qəsəbəsinə bağlı kəndlərdən köçün çox olduğunu ifadə edən Hallaj ailələrin sığınacaq, çadır, yorğan və bənzər yardımlara zərurət duyduqlarını qeyd edib. Hallajın sözlərinə görə noyabr ayından bəri İdlib Gərginliyin Azaldılması bölgəsindən 20 min ailədən ibarət 110 min nəfər köç etmək məcburiyyətində qalıb. Hallaj həmçinin qeyd edib ki, rejim qüvvələri və Rusiya dinç sakinlərin evlərinə qayıtmalarının qarşısını almaq üçün xəstəxanalara, məktəblərə, məscidlərə, mülki müdafiə mərkəzlərinə və evlərə zərbələr endirir. Hücumlar səbəbiylə köç edənlərin bir hissəsi Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsinin qarşısında Suriya sərhədləri daxilində yerləşən atme, Kah, Deyr Hassan və Kefer Lusin düşərgələrinə və İdlibdə zeytun ağaclarının olduğu sahələr ilə Türkiyənin Fırat Qalxanı və Zeytun Budağı əməliyyatı ilə terrordan təmizlədiyi yerlərdə sığınmağa çalışırlar.



Әlaqәli Xәbәrlәr