İraqda oğurlanan nümayişçilərin sayı artdı

İraqda hökumət əleyhinə etiraz aksiyaları zamanı 48 nümayişçi oğurlanıb.

1323833
İraqda oğurlanan nümayişçilərin sayı artdı

İraq Müstəqil İnsan Hüquqları üzrə Ali Komissarlığının üzvü Əli Bəyyati mövzu ilə bağlı açıqlamasında indiyə qədər itkin düşən ya da oğurlanan nümayişçilərin sayının 48-ə çatdığını, komissarlığa hər gün yeni müraciətlərin və şikayətlərin olduğunu bildirib.

Nümayişçilərin itkin düşmələrini narahatlıqla  izlədiklǝrini, quldur dəstələri tərəfindən sistemli olaraq çox sayda mülki insanın, o cümlədən qadınların hədəfə götürüldüyünü xatırladan Bəyyati hökumətin buna biganə qalmamasının lazım gəldiyini vurğulayıb. Ətraflı və ciddi istintaq başladılaraq cinayətkarların tutulmasını istəyib.

Digər tərəfdən İraq Müstəqil İnsan Hüquqları üzrə Ali Komissarlığınin 4 dekabrda açıqladığı hesabata görə 1 oktyabrda işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına etiraz məqsədiylə başlayan nümayişlərdə ən az 460 nəfər həyatını itirib, 19 min adam bədən xəsarəti alıb. Xüsusilə paytaxt Bağdadın mərkəz və cənub ərazilərində davam edən aksiyalarda İranın ölkə və hökumət üzərindəki təsiri, məhz müdaxiləsi əleyhinə şuarlar səsləndirilir.

İraqın Baş naziri Adil Abdulmehdi isə hökumət əleyhinə nümayişlər səbəbiylə 29 noyabrda  istefa vermək məcburiyyətində qaldı.



Әlaqәli Xәbәrlәr