Liviyada məsum insanlara istiqamətli hücumlar davam edir

Liviyada Hafterə mənsub silahlı qüvvəlirinin paytaxt Tripoliyə hücumu nəticəsində 5 uşaq həyatını itirdi.

1315716
Liviyada məsum insanlara istiqamətli hücumlar davam edir

Liviya Səhhiyə Nazirliyindən yayılan açıqlamada hücumun Tripoli şəhərinə 30 kilometr məsafədə yerləşən Es-Suvani bölgəsində həyata keçirildiyi və 10 nəfərin də yaralandığı bildirrilib.

Liviya hökuməti beynəlxalq cəmiyyətə məsum insanların hədəfə götürüldüyü hücumların qarşısının alınması üçün lazımlı addımları atmaları haqqında çağırış edib.

Qeyd edək ki, Hafterə dəstək verən Birləşmiş Ərəb Əmirliklərinin Murzuk şəhərinə bağlı Ummul Ernab qəsəbəsinə 29 Noyabrda təşkil etdiyi aviahücumlar nəticəsində isə 9-u uşaq ikisi qadın olmaqla 11 nəfər həyatını itirdi. Beləliklə, son 2 iki sutka ərzində bölgədə həyatını itirən uşaq sayı 14-ə çatdı.

 

 



Әlaqәli Xәbәrlәr