PKK-nın Tel-Halef  kəndinə  hücumda çox sayda adam öldü

Terror təşkilatı YPG / PKK Suriyanın Rasulayn rayonunun Tel Halef kəndinə təşkil etdiyi hücum nəticəsində 17 nəfər həyatını itirib 20-dən çox insan yaralanıb.

1313118
PKK-nın Tel-Halef  kəndinə  hücumda çox sayda adam öldü

Milli Müdafiə Nazirliyinin insdent ilə bağlı açıqlamasında terror təşkilatı PKK / YPG-nin Fərat çayının şərqində məsum dinç sakinlərə qarşı xain hücumlarını davam etdirdiyi, körpə qatillərinin növbəti hədəflərinin Rəsulaynın qərbindəki Tel Halef kəndi olduğu bildirilib. Açıqlamada qeyd edilib ki, bomba ilə təchiz edilmiş avtomobil ilə həyata keçirilən hücum nəticəsində 17 nəfər ölüb, 20-dən çox adam bədən xəsarəti alıb.



Әlaqәli Xәbәrlәr