Cerablus rayonunda terror aktı törədilib

Suriyanın Türkiyə sərhədində yerləşən Cerablus rayonunda bomba ilə təchiz edilmiş motosiklet partladılıb. Terror akti nəticəsində dinç sakidən bir nəfər həyatını itirib 4 nəfər yaralanıb.

1309069
Cerablus rayonunda terror aktı törədilib

Bölgədən əldə edilən məlumata görə bombalı hücum Suriyanın şimalında yerləşən Fərat Qalxanı əməliyyatı ilə terroristlərdən təmizlənmiş Cerablus rayonunun mərkəzində törədilib. Əraziyə cəlb olunan təhkükəsizlik qüvvələri hücumun separatçı terror təşkilatı YPG / PKK tərəfindən təşkil edildiyini ehtimal edərkən, rayon mərkəzində bomba yerləşdirilmiş başqa bir motosikleti aşkar edərək mümkün hücumun qarşısın alınıb.



Әlaqәli Xәbәrlәr