Cavad Zərif: "Müharibəyə başlayan tərəf biz olmayacağıq"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatları ilə ölkəsi arasındakı gərginliklə bağlı: "Müharibəyə başlayan tərəf biz olmayacağıq" dedi.

1274262
Cavad Zərif: "Müharibəyə başlayan tərəf biz olmayacağıq"

 İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS televiziyasına müsahibə verdi.

Zərif müsahibəsində Səudiyyə Ərəbistanının neft obyektləri "Saudi Aramco"ya edilən hücumların arxasında İranın durmadığını və tərəfsiz istintaq aparan hər hansı bir qrupun da eyni nəticəyə gələcəyini söylədi.

 Nazir Səudiyyə Ərəbistanına istintaq qrupu göndərən BMT-nin İranı bu barədə məlumatlandırmadığını, BMT-nin müstəqil istintaq apardığı təqdirdə hücumlara görə İranın məsuliyyət daşımadığını müəyyən edəcəyini bildirdi.

 Zərif ABŞ prezidenti Donald Trampın "müharibəyə cəlb edərək yalan dediyini" və ABŞ-ın həqiqəti yalandan ayıran milli təhlükəsizlik məslələri üzrə səlahiyyətli şəxslərə ehtiyacı olduğunu qeyd etdi.

İran XİN rəhbəri bunları söylədi: "Biz danışıqlara hazırıq, lakin yalnız növbəti bir, və ya beş il qüvvədə olacaq müqavilə üçün deyil, daimi bir müqavilə üçün görüşmək lazımdır. Daha əvvəl də danışdıq, amma iki səhifəlik bir proqram imzalamadıq. Çətin görüşlər idi".

  Cavad Zərif  “ABŞ və İran arasında müharibənin baş verməsindən qaçmaq mümkündürmü?” sualına: "Müharibədən qaça biləcəyimizdən əmin deyiləm, lakin ona başlayan tərəf biz olmayacağıq. Müharibəyə ilk başlayan tərəf də onu bitirən tərəf olmayacaq" deyə cavab verdi.



Әlaqәli Xәbәrlәr