Liviyada Hafter qüvvǝlǝri daha bir bölgǝyǝ nǝzarǝti itirdi
Liviyada "Milli Sövdələşmə Hökuməti"nə bağlı hərbi qüvvələr strateji Səbia bölgəsini ələ keçiriblər. Bu barədə sözügedən qüvvələrin tabe olduğu Müdafiə Nazirliyi məlumat yayıb.
1256596
![Liviyada Hafter qüvvǝlǝri daha bir bölgǝyǝ nǝzarǝti itirdi](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/2b00/aae1/d96f/5d5e46d86985a.jpg?time=1718346879)
bildirilib ki, bölgə tam olaraq nəzarət altındadır. Qeyd olunub ki, general Xəlifə Haftərə bağlı hərbi qüvvələr hazırda şərq bölgəsində yerləşiblər və dinc sakinlərdən canlı qalxan olaraq istifadə edirlər. Əmǝliyyatda 7 adam hǝyatını itirib. Bəzi mənbələr isə Hafter qüvvələrinə mənsub 25 adamın öldüyünü deyiblǝr.
Qeyd edək ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Hafterin 4 apreldǝ paytaxt Tripolini ələ keçirmək üçün verdiyi hücum əmrinə qarşı hökumət qüvvələri "Burkan əl-Qədəb əməliyyatı"nı başlatdı.
Әlaqәli Xәbәrlәr
![Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək](http://cdn.trt.net.tr/images/medium/rectangle/517b/643c/c38a/665eaf5f2c8b8.png?time=1718346879)
Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verərək deyib ...