Müxalifәt qüvvәlәri Bәşәr Әsәd rejiminә mәxsus döyüş tәyyarәsini vurdu

Suriyadakı müxalifәt qüvvәlәri vә Bәşәr Әsәd rejiminә qarşı döyüşәn silahlı qruplaşmalar İdlibin cәnubunda rejimә  mәxsus tәyyarәni vurub.

1252644
Müxalifәt qüvvәlәri Bәşәr Әsәd rejiminә mәxsus döyüş tәyyarәsini vurdu
suriye muhalifler savas ucagi2.jpg
suriye muhalifler savas ucagi1.jpg

 

 

Suriyadakı müxalifәt qüvvәlәri vә Bәşәr Әsәd rejiminә qarşı döyüşәn silahlı qruplaşmalar İdlibin cәnubunda rejimә  mәxsus tәyyarәni vurub.

Mәlumata görә, müxalifәt qüvvәlәri vә Bәşәr Әsәd rejiminә qarşı döyüşәn silahlı qruplaşmalar Hәma şәhәrinin şimalına vә İdlibin cәnubuna zәrbәlәr endirmәyә çalışan tәyyarәni hәdәfә alıb. Müxalifәt qüvvәlәrinin  Bәşәr Әsәd rejiminә qarşı döyüşәn silahlı qruplaşma ilә birgә hәyata keçirdiyi ‘‘Fethi-il Mubin’’ adlı  әmәliyyat nәticәsindә rejim qüvvәlәrinә mәxsus ‘‘SU 22’’ tipli döyüş tәyyarәsi vurulub. Vurulan tәyyarәnin pilotu katapult edә bilib. Pilotun Taminiye bölgәsindә saxlanıldığı bildirilir.

Xatırladaq ki, 2017-ci ilin 26 dekabr tarixindә rejim qüvvәlәrinә mәxsus ‘‘L 39’’ tipli döyüş tәyyarәsi Hәma şәhәrinin şәrqinә vә idlibin cәnubuna zәrbәlәr endirmәyә çalışarkәn Azad Suriya ordusu tәrәfindәn vurulmuşdu.

Bәşәr Әsәdә sadiq qüvvәlәr vә Rusiya  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Bәşәr Әsәd rejiminin hәyata keçirdiyi son hücum nәticәsindә  üç uaşaq hәlak olub.

Rejimә  sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. 

Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә Rusiyanın deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki bölgәlәrә  26 aprel-27 iyu tarixlәri arasında endirdiyi hücumlar nәticәsindә 208-i uşaq, 140-ı da qadın olmaqla 781 dinc sakin hәlak olub.



Әlaqәli Xәbәrlәr