Talibana ağır zərbə endirildi

Əfqanıstanda NATO qüvvələrinin dəstəyilə həyata keçirilən əməliyyatlarda sutka ərzində 92 Taliban həyatını itirib.

1248864
Talibana ağır zərbə endirildi

Müdafiə Nazirliyindən yayılan məlumata görə NATO-nun dəstəklədiyi Əfqan təhlükəsizlik qüvvələri Laqman, Qəzni, Paktiya, Zabul, Qəndəhar, Ferah, Helmend, Bəlx Faryab əyalətlərində Talibana qarşı əməliyyat həyata keçirib. Bildirilib ki, sutka ərzində NATO qüvvələrinin dəstəyilə həyata keçirilən əməliyyatlarda talibanın 92 silahlı üzvü ölüb, 56-sı yaralanıb. 10 Taliban isə saxlanıb. Xeyli silah- sursat ələ keçirilib.



Әlaqәli Xәbәrlәr