Gürcüstanda çevrilişə cəhd edildi

Gürcüstanda çevrilişə cəhdin qarşısı polis əməkdaşlarının müdaxiləsi ilə alınıb.

1230484
Gürcüstanda çevrilişə cəhd edildi

 

Paytaxt Tbilisidə keçirilən 26-cı Ortodoks Parlamentlərarası Baş Assambleyası yığıncağında bir Rus deputatın çıxışına etiraz məqsədiylə başlayan aksiyalar zamanı nümayişçilərdən bəziləri çevrilişə cəhd ediblər. Cəhdin qarşısı polis qüvvələri tərəfindən alınıb. Bu barədə Gürcüstanın Baş prokurorluğu məlumat yayıb.

Prokuror Koka Katsitadze Baş prokurorluqda təşkil edilən mətbuat konfransında müxtəlif qrupların iştirakı ilə davam edən aksiyada Daxili İşlər Naziri Giorgi Qaxariyanın iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsi və istefaya getməsinin tələb olunduğunu xatırladaraq: “Bəzi nümayişçilər iyunun 20-də gecə radələrində parlamentə daxil olmaq və hakimiyyəti ələ keçirməyə çalışıblar, ancaq polis əməkdaşlarının müdaxiləsi ilə bunun qarşısı alınıb. Çivrilişə cəhd edən aksiyaçıların haqqında isə əldə edilən dəlillər və şahidlərin ifadələri çərçivəsində istintaq başladılıb”- deyə prokuror bildirib.



Әlaqәli Xәbәrlәr