Əfqanıstandakı  “Feto” məktəbləri  Türk Maarif Fonduna təhvil verildi

Əfqanıstanın Qəndəhar şəhərindəki Fetullahci Terror Təşkilatına (feto) aid liseyə nəzarət və idarə Türkiyə Maarif Fonduda təhvil verildi.

1218304
Əfqanıstandakı  “Feto” məktəbləri  Türk Maarif Fonduna təhvil verildi

Məktəbin təhvil-təslim mərasimində Əfqanıstan Təhsil Nazirliyinin müşaviri Nəcibullah Kamuran, Türkiyə Maarif Fondunun Əfqanıstan üzrə direktoru Şakir Voyvot, vilayət məclis üzvləri, şəhər təhsil idarəsi müdiri və tələbə valideynləri iştirak ediblər.

Şakir Voyvot mərasimdə etdiyi çıxışında Qəndəhardakı məktəb ilə yanaşı ölkədəki 12 məktəbdən 8-nin Türkiyə Maarif Fonduna təhvilinin reallaşdığına diqqət çəkib. Əfqan Türk Maarif Məktəblərinin Əfqanıstan xalqı ilə əsrlik qardaşlıq əlaqələrinin ən bariz göstəricisi olduğunu ifadə edən Voyvot: “Türkiyə Maarif Fondu Türk xalqının Əfqanıstan xalqına uzatdığı dost əlidir. Keçmişdə olduğu kimi bundan sonra da xidmət çatdırmaqda davam edəcək. Yeni dövrün başlaması ilə təhsil ödənişlərini 20 faiz azaldıb və müəllimlərin əmək haqlarını isə artıracayıq”- deyə vurğulayıb.

Əfqanıstan Təhsil Nazirliyinin müşaviri Kamuran da məktəbin təhvilinin iki ölkə hökumətləri arasında imzalanan razılaşma çərçivəsində reallaşdığına diqqət çəkib və Kabil şəhərindəki Türk məktəblərinin təhvilinin də qısa müddətdə reallaşacağını bildirib.



Әlaqәli Xәbәrlәr