Jurnalist İvan Qolunov barəsində cinayət işinə xitam verildi

Jurnalist İvan Qolunov qarşı cinayət ittihamları aradan qaldırıldı və 11 İyunda ev dustaqlığına son qoyuldu. Bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev məlumat yayıb

1216897
Jurnalist İvan Qolunov barəsində cinayət işinə xitam verildi

Nazir bildirib ki, Qolunova haqqında irəli sürülən cinayətə dair heç bir sübut olmadığı üçün sərbəst buraxılıb. Daxili İşlər Naziri Kolokoltsev əlavə edib ki, prezident Vladimir Putin haqsız ittihama görə Moskva polis idarəsinin Baş direktoru general-mayor Andrey Puçkov və Narkotik şöbəsinin müdiri general Yuri Devyatkinin vəzifədən azad edilməsini istəyib.

Qeyd edək ki, 36 yaşlı Qolunov iyunun 6-da həbs edilmişdi. Ona qarşı böyük miqdarda qeyri-qanuni narkotik maddə satmağa çalışmaq ittihamı irəli sürülmüşdü. Qolunovun özü və onun tərəfdarları bu ittihamı rədd edərək, bunun Moskva rəsmilərinin jurnalistin rəsmilər arasında korrupsiyaya dair araşdırmalarına görə cəzalandırıldığını qeyd ediblər.

Jurnalistin vəkili onun həbs zamanı döyüldüyünü və xəsarət aldığını bildirib.

 



Әlaqәli Xәbәrlәr