İsrailә mәxsus döyüş tәyyarәlәri  Suriyaya  zәrbәlәr endirib

İsrail ordusu Suriyadan atılan iki raket mәrmisinә cavab olaraq Bәşәr Әsәd rejiminә mәxsus bәzi hәrbi mәntәqәlәrә hava hücumu etdiyini açıqlayıb.

1212682

İsrail ordusundan verilәn mәlumatda işğal altındakı Qolan yüksәkliklәrinin şimalından gecә radәlәrindә atılan vә İsrail torpaqlarına düşәn iki raket mәrmisinә cavab olaraq Bәşәr Әsәd rejiminә mәxsus bәzi hәrbi mәntәqәlәrә hava hücumu endirildiyi bildirilib.

Hava әmәliyyatı nәticәsindә Bәşәr Әsәd rejiminә mәxsus çox sayda  hәrbi texnikanın vurulduğu bildirilib.

İsrail ordusu hәmçinin hücum anının görüntülәrini bölüşüb.

SANA xәbәr agentliyinin yaydığı mәlumatda İsrailin hücumu nәticәsindә 3 hәrbçinin öldüyü, 7 hәrbçinin dә yaralandığı qeyd olunub.

Әlaqәli Xәbәrlәr