Hәsәn Ruhani: ‘‘Mübahisәli mәsәlәlәr ilә bağlı referendum keçirilә bilәr’’

Hәsәn Ruhani paytaxt Tehranda gәnclәr vә şagirdlәrlә bir araya gәlib.

1204281
Hәsәn Ruhani: ‘‘Mübahisәli mәsәlәlәr ilә bağlı referendum keçirilә bilәr’’

 

İran prezidenti Hәsәn Ruhani mübahisәli mәsәlәlәr ilә bağlı referendumun keçirilә bilәcәyini deyib.

Hәsәn Ruhani paytaxt Tehranda gәnclәr vә şagirdlәrlә bir araya gәlib.

İranda cereyan edәn mәsәlәlәri qiymәtlәndirәn Hәsәn Ruhani gәnclәrdәn  daha aktiv olmalarını xahiş edib.

Ölkәnin müsbәt istiqamәtdә irәlilәyә bilmәsi üçün bu mәsәlәdә  hәmfikir olmanın әhәmiyyәtini vurğulayan Hәsәn Ruhani  bu mövzuda gәnclәrin üzәrinә böyük mәsuliyyәt düşdüyünü deyib.

‘‘Heçkim sәs veririk,  lakin problemlәr hәll olunmur demәsin. Problemlәrin yüz faiz hәll olunmadığını bilirik, ancaq bunun üçün ciddi sәylәr göstәrilir. Konstitusiyanın bizә verdiyi imkanlardan yararlanmalıyıq’’,-deyә İran prezidenti vurğulayıb.

İran prezidenti Hәsәn Ruhani inqilabın ildönümü münasibәtilә 2018-ci ilin 11 fevral tarixindә Tehranda  tәşkil edilәn mәrasimindәki çıxışında  mübahisәli mәsәlәlәr ilә bağlı referendumun keçirilә bilәcәyini ilk dәfә açıqlamışdı.



Әlaqәli Xәbәrlәr